Bu gündən Bakıda "Demokratik İslahatçı Gənclər" İctimai Birliyi Bakıda "Şərq Tərəfdaşlığında gənclərin iştirak modelinin hazırlanması" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd gənclərin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Platforması çərçivəsində Avropaya inteqrasiyasına dəstək olmaq, yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaqdır. Bundan əlavə, bu sahədə avropalı ekspertlərin ən yaxşı təcrübələrin öyrənilməsi, mübadiləsi və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmasına şərait yaratmaqdır.
Konfransda Azərbaycan və müxtəlif ölkələrdən gənclərin, ekspertlərin, millət vəkillərinin, müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, gənclərin Avropaya inteqrasiyası mövzusunda olacaq tədbir sentyabrın 22-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB