BƏƏ-də Dağlıq Qarabağ müzakirəsi

BƏƏ-də Dağlıq Qarabağ müzakirəsi

Azərbaycan dövlətinin prioritet məsələsi sayılan Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində aparılan iṣlərə dəstək məqsədilə Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin mərkəzi kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla, Dubay Aparatının ictimaiyyətlə iṣ üzrə idarəsinin müdiri Əhməd Əl-Zahid, aparatın digər məsul əməkdaṣı Əhməd Əl-Asam Məhəmməd və əmirliyin müxtəlif nazirlik və komitələrinin nümayəndələri ilə görüṣüb. SİA-nın xəbərinə görə, Samir İmanov onlara son günlər sərhəddə atəṣkəsin intensiv olaraq ermənilər tərəfindən pozulması və onların müharibə çağırışları haqqında görüş iṣtirakçılarına məlumat verib, eyni zamanda Qarabağ probleminin həlli yolunda Azərbaycan dövlətinin beynəlxalq hüquq və normalar çərçivəsində atdığı addımlardan danışıb.

Samir İmanov onlarla görüṣdə Qarabaġ probleminin həll olunmamasının subyektiv səbəbləri haqda da fikir mübadiləsi aparıb və bildirib ki, beynəlxalq təṣkilatların, xüsusən də ATƏT-in Minsk qrupunun bu məsələdə qəti mövge bildirməməsi problemin 20 ilə yaxındır uzanmasına gətirib çıxarıb.

İsa Əl-Mulla və Dubay əmirliyinin hökumət rəsmiləri verdiyi məlumatlara görə Samir İmanova təṣəkkür edib, belə görüṣlərin müntəzəm keçirilməsinin zəruri olduğunu və ölkələr arasında əlaqələrin inkiṣafina böyük dəstək verdiyini bildiriblər. Eyni zamanda onlar ümid və arzu ediblər ki, tezliklə BMT TŞ qəbul etdiyi 4 qətnaməyə əsasən ermənilər tərəfindən iṣğal edilmiṣ Azərbaycan əraziləri geri qaytarılacaq və ədalət bərqərar olacaq. Samir İmanov DIDK tərəfindən Cəmiyyətə göndərilmiṣ ərəb dilində hazırlanmiṣ Qarabaġ haqda geniṣ məlumatları, həqiqəti özündə ehtiva edən "Qarabag" kitabını, H.Əliyev Fondunun hazırladığı "Qarabağ haqda həqiqi faktlar" toplusunu, Qarabağ hadisələrindən bəhs edən "Tarixin səsi" kitabçasını, "Erməeni terroru" kitabını, "Kitabi Dədə-Qorqud" Ensiklopediyasını, prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Graeme Wilson tərəfindən hazırlanıb "İlham Prezident Portreri" kitabını, H.Əliyevin həyati və siyasi fəaliyyətindən bəhs edən ərəb və ingilis dillərində müxtəlif kitabları, eyni zamanda, Azərbaycanla bağlı digər kitabları kitabxanaya və dövlət rəsmilərinə hədiyyə edib.

Qeyd edək ki, BƏƏ "Azərbaycan" Cəmiyyəti Qarabaġ həqiqətlərini ərəb ölkələri ictimaiyyətinə çatdırmaq məqsədilə bir həftə öncə yerli dövlət rəsmiləri, alimlər, siyasi xadimlərin və KİV müxbirlərinin iṣtiraki ilə böyük konfrans təṣkil edibṣ və tədbirdə iṣtirak edən Dubay hökumətinin rəsmi nəṣri olan Al-Bayan qəzetinin jurnalisti bu konfransla bağlı məqalə dərc edib.

Bütün xəbərlər Facebook səhifəmizdə