R.Behbudov adına Dövlət Mahnı Teatrında "İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçiriləcək
R.Behbudov adına Dövlət Mahnı Teatrında "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq türkiyəli ünlü yazıçı, "Babildə ölüm, İstanbulda eşq", "Şah və Sultan", "OD" və bir çox başqa populyar romanların müəllifi prof. İskəndər Palanın iştirakı ilə "İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçiriləcək. SİA-nın məlumatına görə, baş tutacaq gecədə ünlü yazıçı fəlsəfə, ədəbiyyat, estetika və din üzərinə düşüncə və fikirlərini bölüşəcək, oxucuları maraqlandıran suallara cavab verəcək.
Görüşdən öncə R.Behbudov adına Dövlət Mahnı Teatrının girişində İskəndər Palanın "OD" romanının satışı təşkil olunacaq və kitabı əldə edənlər üçün sonda imzalanma mərasimi keçiriləcək. Kitabın satışından əldə edilən gəlir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə İranda zəlzələdən zərərçəkən soydaşlarımıza göndəriləcək.
Qeyd edək ki, "OD" romanı bugünlərdə "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq nəfis şəkildə çap edilib.
Saat 18.30-da başlayacaq görüşə giriş azaddır və arzu edənlər iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB