Millət vəkili Qənirə Paşayeva seçiciləri ilə görüşüb və üzümçülüklə məşğul olan kənd sakinlərinin üzləşdiyi çətinliklərin həlli istiqamətində müvafiq qurumlar müraciət edəcəyini deyib.
Millət vəkili Qənirə Paşayeva millət vəkili seçildiyi və Ermənistanla həmsərhəd olan, ön cəbhədə yerləşən Əlibəyli kəndində, sonra isə Qovlar qəsəbəsində seçiciləri ilə görüşüb. SİA-nın məlumatına görə, eyni zamanda rayonda üzümçülük təsərrüfatı ilə məşğul olan seçiciləri ilə də görüşüb, onların üzləşdiyi problemlərlə maraqlanıb və təkliflərini dinləyib.
Kənd sakinləri millət vəkilinə məhsul satışı, saxlanması və daşınması ilə bağlı üzləşdikləri bəzi çətinliklər barədə məlumat veriblər və onların həlli istiqamətində dəstək göstərməsini xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva onlarla geniş müzakirə və fikir mübadiləsindən sonra üzümçülüklə məşğul olan kənd sakinlərinə yığdıqları məhsulun satışı, saxlanması və daşınması ilə bağlı üzümçülüklə məşğul olan sakinlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində müvafiq qurumlara müraciət edəcəyini və onları narahat edən məsələləri parlamentdə qaldıracağını deyib.
Millət vəkili seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB