YAP Gəncə şəhər təşkilatında şura iclası keçirilib

YAP Gəncə şəhər təşkilatında şura iclası keçirilib

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş tədbirlərdə,Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı tərəfindən ХХХ Yay Olimpiadasında sərbəst güləş üzrə qızıl medal qazanmış idmançımız Toğrul Əsgərov təltif olunub. Bunula yanaşı Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı ilk partiya təşkilatlarının fəal iştirakına dair iclas keçirib. SİA-nın məlumatına görə, tədbirdə şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər.

Toplantını giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov açaraq, ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlardan, intibah dövrünü yaşayan Gəncə şəhərinin tərəqqisindən, idman sahəsində qazanılan uğurlardan, ölkədə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs edib. O ХХХ Yay Olimpia Oyunlarında idmançılarımızın şanlı qələbəsinin Gəncənin tarixində xüsusi əhəmiyyəti olduğunu bildirib. Şəhərimizdə aparılan geniş abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi, mədəni-mənəvi sahələrin inkişafının məntiqi davamı kimi dəyərləndirib. Şəhər Təşkilatının sədri İdarə Heyəti və Şura üzvləri adından idmançıları təbrik edib. Natiq bildirib ki, ХХХ Yay Olimpia Oyunları başa çatsa da, xalqımız bu yarışmanın xoş təəssüratları içərisindədir. Son zamanlar bütün olimpiadalarda yüksək nəticələr əldə edən idmançılarımız London Olimpiadasında on medal qazanmaqla, rekord nəticəyə imza atdılar. Onların 205 dövlət arasında ölkəmizi 30-cu pilləyə qaldırmaları dünyada yaşayan bütün azərbaycanlıların qürurudur. Bu, müstəqil Azərbaycan Dövləti üçün tarixi bir qələbədir. Çünkü ölkəmiz 1996-cı ildən müstəqil dövlət kimi Olimpia Oyunlarına qoşulub və qısa vaxtdan sonra dünyanın inkişaf etmiş dövlətlərini geridə qoyub. Təbii ki, qazanılan möhtəşəm qələbəyə görə ilk növbədə, dövlətimizin başçısı, Milli Olimpia Komitəsinin Prezidenti cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki onun birbaşa idmana rəhbərliyi, idmançılara göstərdiyi hərtərəıfli qayğının sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri arasında, Olimpia hərəkatında misilsiz uğurlar qazanı:" İdmana dövlət səviyyəsində göstərilən qayğı bizə ümid verir ki, növbəti Olimpiya Oyunlarında, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində daha yaxşı nailiyyətlər qazanaq və medallarımızın sayını artıraq".

İ.İsmayılov hazırda respublikamızın müxtəlif rayonlarında beynəlxalq standartlara uyğun Olimpia İdman Kompleksləri tikilib istifadəyə verilir. Bu regionlarda da güclü idmançıların yetişməsinə şərait yaradır.

Dövlətimizin başçısının sərəncamı ilə 2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.

"İdmançılarımız London Olimpiadasına yola düşməzdən əvvəl yaxşı bilirdilər ki, bu il ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Olimpia Komitəsinə rəhbərliyinin 15-ci ildönümüdür. Bu əlamətdar günləri parlaq qələbələrlə qarşılamaq idmançılarımızın böyük arzusu idi. Onlar qələbənin sevincini bizə-Dünya Azərbaycanlılarına bəxş etdilər. İndi dünya Azərbaycan idmançılarının, xüsusi ilə də sərbəst güləşçimiz - 19 yaşlı pəhləvanımız Toğrul Əsgərovun rekordundan danışır. Fərəhlidir ki, Toğrul kimi perspektivli, ümidverici gənclər yetişməkdədir. Biz onlara çox inanırıq"-deyə, sədr İ.İsmayılov bildirib.

O, həmçinin qeyd edib ki, "Təhsil" Respublika İdman Məktəbinin Gəncə filialının yetirməsi, 7 saylı Gəncə şəhər orta məktəbini bitirmiş, Toğrul Əsgərovun qələbəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq şəhər rəhbərliyinin Gəncənin tərəqqisi, istedadlı gənclərə geniş imkanların yaradılması istiqamətində ciddi səylərinin müstəsna təsiri olub.

İdmançılarımızın qələbəsi dünyaşöhrətli söz ustadı, Nizami Gəncəvinin 870 illik yubileyini yüksək səviyyədə, elliklə bayram edən Gəncəyə böyük təntənə və sevinc gətirdi.

Şəhər Təşkilatının sədri Azərbaycan Prezdenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, dahi Azərbaycan sairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş tədbirlərdə şəhər Təşkilatı ərazi ilk partiya təşkilatlarının fəal iştirakından da ətraflı söz açıb. Bildirilib ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş genişmiqyaslı işlər reallaşıb. Dahi sənətkarın yaradıcılığının tədqiqi və təbliği, Nizamişünaslığın aktual problemlərinin araşdırılması məqsədi ilə Gəncə REM-in nəzdində Nizami Gəncəvi Mərkəzi yaradılıb. Şəhərin elm, təhsil və mədəniyyət nümayəndələri tərəfindən ölkənin müxtəlif mətbuat orqanlarında şairin irsi ilə bağlı məqalələr, monoqrafiyalar nəşr edilib.

Şəhər rəhbərliyinin təşəbbüsü ilə Gəncə REM tərəfindən Almaniyada Azərbaycan, ingilis, rus dillərində "Nizami Gəncəvi"saytı hazırlanıb və fəaliyyətə başlayıb. 30 ildən sonra "Nizamişünaslıq" jurnalı yenidən nəşrini davam etdirir. Elmi Mərkəz tərəfindən "Nizami-870" adli elmi-praktik konfransın keçirilməsi üçün hazırlıq işləri görülür. Şairin Avstriya, Almaniya, Böyük Britaniya və Rusiya Milli Kitabxanalarında qorunan nadir əlyazmalarının nüsxələri doğma yurduna gətirilib. Bu eksponatlar hazırda inşa olunan Nizami Gəncəvi Muzeyini bəzəyəcək.

Respublikamızda yeganə və şanlı fəaliyyət tarixi olan Nizami Poeziya Teatrı 30 ildən sonra əsaslı surətdə bərpa olunaraq fəaliyyətə başlayıb.

Nizami Məqbərəsində təmir-bərpa işləri başa çatdırılıb və 40 hektar ərazisi abadlaşdırılıb. Tarixi abidələr bərpa edilir, "Xəmsə" abidə kompleksi inşa olunur, "Sələflər və Xələflər" kompleksi yaradılır.

Nizami Gəncəvinin yubileyini qeyd etmək üçün dünyanın 19 ölkəsindən xarici qonaqlar və 50 nəfərə yaxin Nizamişünas səhərimizə dəvət olunub. Bunun üçün təşkilatı işlər həyata keçirilir. Şairin yubileyi ilə bağlı coxşaxəli tədbirlərin reallaşmasında partiya fəalları yaxından iştirak edib, hər bir işdə dərin məsuliyyət və əzmkarlıq göstəriblər. Onlar keçirilən mötəbər yığıncaq və tədbirlərdə Azərbaycan xalqının mənafeyini, milli - mənəvi dəyərlərimizi daim uca tutan, Gəncəyə və gəncəlilərə hər zaman sonsuz diqqət və qayğı göstərən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya dərindən minnətdar olduqlarını ifadə edirlər.

Partiya üzvləri şəhər rəhbərliyinə səmərəli, fədakar fəaliyyətində kömək və dəstək olmaqla, hər bir təşəbbüsü rəğbətlə qarşılayıb, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışıblar.

Şura iclasında AzTU-nun rektoru Telman Məlikov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev, Gəncə Olimpia İdman Kompleksinin müdiri Sahib Rzayev, YAP Gəncə Humanitar Kollecin ərazi ilk partiya təşkilatının sədri Təranə Məmmədova və başqaları olimpia çempionu Toğrul Əsgərovu səmimi duyğularla təbrik ediblər. Respublikamızda və şəhərimizdə qazanılan nailiyyətlərdən böyük fərəh duyduqlarını və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.

Toğrul Əsgərov bütün idmançılara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, şəhər rəhbərliyinə, YAP Gəncə şəhər Təşkilatına öz təşəkkürünü ifadə etdi.

Tədbirin sonunda YAP Gəncə şəhər Təşkilatı tərəfindən Olimpia çempionu Toğrul Əsgərova və onun məşqçisi Elçin Zeynalova qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə