Bu gün 15 sentyabr - Bakının Qurtuluş Günü münasibətilə Azərbaycanın bir qrup ictimai təşkilatları yürüş keçirib. SİA-nın xəbərinə görə, tədbir "Mübariz Gənclər" Təşkilatı və digər qurumların təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları metronun Elmlər Akademiyası stansiyasının qarşısından başlayaraq Türk Şəhidliyinə doğru hərəkət ediblər. Onlar "Şəhidlər ölməz, Vətən bölünməz!", "Bir bədəndə iki can – Türkiyə-Azərbaycan" və digər şüarlar səsləndiriblər. Tədbir Türk Şəhidliyinin ziyarəti ilə başa çatıb.
"Türk yürüşü" adlı tədbirin sonunda Türk Şəhidliyi ziyarət edilib. Yürüş iştirakçılarının sözlərinə görə, belə bir tədbirin keçirilməsində məqsəd Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çağdaş gənclərin daha aktiv olduğunu göstərməkdir. Bu ziyarət isə şəhidlərə olan diqqət və sayqının əsas əlamətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB