Bu gün 15 sentyabr - Bakının Qurtuluş Günü münasibətilə Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət olunub. SİA-nın xəbərinə görə, mərasimdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, səfirliyin nümayəndələri ilə yanaşı, Azərbaycan ictimaiyyətinin də nümayəndələri iştirak edib.
İlk öncə Bakının azadlığı uğrunda mübarizə aparmış türk şəhidləri bir dəqiqəlik sükutla yad olunub. Abidənin qarşısında hərbi orkestr Azərbaycan və Türkiyə himnlərini səsləndirib.
Daha sonra səfir Hulusi Kılıç Türkiyə şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. O Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb. Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib və səfir Hulusi Kılıç "Əbədi məşəl" abidə kompleksi önünə əklil qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB