Səbail rayonunundan millət vəkili seçilmiş Fuad Muradov bu gün "Bilik günü" münasibəti ilə rayonun Bayıl qəsəbəsində yerləşən 91 və 49 saylı orta məktəblərdə o cümlədən, Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə tədbirlərə qatılıb. SİA-nın məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da iştirak etdiyi "Bilik günü" münasibəti ilə keçirilən mərasimlərdə məktəblilər təbrik edilib. Vurğulanıb ki, Azərbaycanın inkişafı və çiçəklənməsi naminə təhsil çox əhəmiyyətlidir. Odur ki, məktəblərin yenidənqurulması, təmiri və yeni tədris ocaqlarının tikilməsi bütün ölkə ərazisində olduğu kimi Səbail rayonunda da həyata keçirilib. Bir fikir əsas olaraq qeyd edilib ki, bütün bunlar ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB