Milli Paralimpiya komandasının üzvləri təltif edilib

Milli Paralimpiya komandasının üzvləri təltif edilib

Prezident İlham Əliyev Azərbaycanın Milli Paralimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilib:

"Şöhrət" ordeni ilə

İbrahimov Ramin İbrahim oğlu

Panyutin Oleq Viktoroviç

Pronina Natali Aleksandrovna

Sultanova Afaq Vaqif qızı

Cəfərov Ağanağı Cəfər oğlu

Culfayev Alavərdi Abasoviç

İbrahimov İbrahim Eldar oğlu

Mustafayev Şahlar Gülməhəmməd oğlu

Sultanzadə Məhərrəm Elxan oğlu

Təhməzov Sergey Mehdiyeviç

"Tərəqqi" medalı ilə

Həsənov Hüseyn İsmayıl oğlu

Xəlfəyev Ziyad Əli oğlu

Muradov Elçin Tofiq oğlu

Setin Pavel Vitalyeviç

Süleymanov Afiq Məmməd oğlu

Zəkiyev İlham Əzizağa oğlu

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə

Osmanov Rza Fikrət oğlu

Rəcəbli Əhməddin İzət oğlu

Zayets Vladimir Vladimiroviç

Bütün xəbərlər Facebook səhifəmizdə