Bu gün Türkiyənin Azərbaycanda səlahiyyət müddəti basha çatan səfiri Hulusi Kılıç media nümayəndələri ilə görüşündə maraqli açıqlama ilə çıxış edib. O, bildirib ki, heç bir ölkə Ramil Səfərov məsələsi ilə bağlı Azərbaycanı qınamasın: "Ramil Səfərov hadisəsindən heç kim sui-istifadə etməməlidir. Bu olayla bağlı Azərbaycana təzyiq göstərmək istəyənlər məsələnin kökünə, Ramil Səfərovun ailəsinin durumuna, verdiyi itkilərə baxsınlar".
Səfirin sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olmasını bu cür təpki və təzyiqlərlə gizlətmək olmaz: "Baş verənlərin səbəbkarı Qərbdir. Əgər növbəti Ramil Səfərov hadisələrinin baş verməsini istəmirlərsə, Azərbaycanın haqlı davasına sahib çıxsınlar, Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasına çalışsınlar".
BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsinin olduğunu xatırladan diplomat bu qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayıb: "Halbuki Liviya məsələsində bir qətnamə belə yetərli oldu".
H.Kılıç Türkiyənin hər zaman Azərbaycanın haqlı olduğunu və Azərbaycanı dəstəklədiyini bildirib: "Ümid edirik ki, tezlikdə problemin həllini görəcəyik. Mən də bundan sonrakı fəaliyyətimdə bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB