Salyanda Turk abidəsi

Salyanda türk generalı və əsgərlərinin şərəfinə ucaldılmış kompleks-abidənin açılışı olub. SİA-nın Aran bürosunun məlumatına görə, Azərbaycanda Türkiyənin səfirliyinin vəsaiti hesabına Salyanda 1918-ci il mart qırğınları zamanı şəhid olmuş türk generalı və əsgərlərinin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Qeyd edək ki, 1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfidən respublikamızın bir sıra bölgələrində olduğu kimi Salyan-Neftçala, daha doğrusu Salyan qəzasında dəhşətli faciələr törədilib. Mərkəzi Kaspi Diktaturası həmin ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən-dırnağadək silahlanmış əsgərlərlə, hərbi sursatlarla dolu "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", "Salyanets" və "Demosfen" adlı 6 gəmi ilə Bakıdan Salyana yola düşüb. 4 ədəd çaplı topu, 14 ədəd pulemyotu və 900 nəfər əsgəri qvvəsi olan düşməni Ramazan Paşanın 400 nəfərlik nizami ordusu qarşlayıb və Salyanın Kürqaraqaşlı kəndi istiqamətində düşmənin "Demosfen" gəmisini vuraraq çaya batırıb. Və beləliklə türk əsgərlərinin köməyi ilə erməni-bolşevik birləşmiş dəstələri geri çəkilməyə məcbur olub.

Qırğın zamanı minlərlə günahsız insanlarla yanaşı döyüşlərdə Türk generalı və əsgərləri şəhid olub. Onlaran 3-ü Salyan şəhər qəbiristanlığında dəfn olunub. İndi həmin general və əsgərlərin qəbirləri köçürülərək məzarları üzərində xatirələrinə abidə-kompleks ucaldılıb.

Abidənin açılışında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, səfirliyin hərbi ataşesi general Gücəl Karaur, Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc türk əsgərlərin xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlğını bildirib. Sonra abidənin üzərindən Türkiyə-Azərbaycan bayrağından düzəldilmiş örtük götürülüb. Abidənin önünə gül dəstələri düzlüb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə