İctimai Birlik şəhid ailələrinin problemlərini həll edir

Tələbələrin təhsil və sosial problemləri müzakirə olunub
İctimai Birlik şəhid ailələrinin problemlərini həll edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsi çərçivəsində tədbir keçirib. SİA-ya İctimai Birlikdən verilən məlumata görə, 14 sentyabr 2012-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu 8-ci mk, "Prins" şadlıq sarayının kiçik zalıında keçirilən tədbirdə yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq özəl unveristetlərində təhsil almış və rəsmi fəaliyyəti dayandırıldığı üçün təhsilldən kənarda qalan aztəminatlı şəhid, əlil, qaçqın tələbələrlə görüş keçirilib. Onların ortaya çıxmış təhsil və sosial problemləri müzakirə olunub.

Layihənənin rəhbəri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin sədri Rövşən Ağamalyev qeyd edib ki, təşklata daxil olmuş müraciətlərdən sonra apardığımız araşdrmalara əsasən bəzi dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələrin müyən təsil problemlərlə üzləşdikləri məlum olub.

Dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil və valideyin himayəsindən məhrum olmuş yeniyetmələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşirlər. Bəzən onlar təhsil haqqını ödəyə bilmədiyi üçün oxuduqları məktəbələrdən xaric edilirlər. Bundan əlavə isə ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, məlum səbəblərə görə Azərbaycan Beynəlxalq Unverstetin bağlandıqdan sonra 100-ə yaxın şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmə tələbələr təhsildən kənar qalaraq hələ də heç bir məktəbə yerləşdirilməyib. Bu ailələr bilmirlər ki, onların gələcək aqibətləri necə olacaq.

Rövşən Ağamalıyev qeyd edib ki, layihə çərçivəsində sözü gedən problemin həlli ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi məktub yazilsa da, adı çəkilən nazirlikdən problemlər yaşanan Ali məktəblərdə manitorinqlər keçirib tələbələrə kömək etməyimiz üçün icazə verilməyib. Nazirlikdən bildiriblər ki, ali məktəblərdə manitorinqlərin keçirilməsinə ehtiyac yoxdur.

Amma qeyd olunan problemlərə baxmayaraq, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsi çərçivəsində birliyə müraciət etmiş, adı heç bir təhsil ocağına salınmayan və təhsildən kənarda qalmış 23 tələbənin müxtəlif ali təhsil ocaqlarına bərpa olunmasına göməklik göstərib.

Görüşdə iştirak şəhid ailəsi Rehan Məmmədova, Qismət İmaməliyev və müharibədən zərər çəkmiş şəhid, qaçqın ailələrindən olan tələbələr çıxış edərək ali məktəblərdə təhsi alan tələbələrin üzləşdikləri problemlərdən və yaşadıqları sosial qayğılardan danışıblar. Layihə çərçivəsində qaldırılan problemlərin çox ciddi problem olduğunu bildiriblər.

"Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" layihəsi çərçivəsində keçirilən tədbirdə dövlət və özəl ali məktəblərində təhsil alan müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın tələbələr belə görüşləri keçirdiklərinə, onların təhsil problemləri ilə maraqlandıqlarına görə İctimai Birliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda "Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat" kitabının çap olunmasını tədqirəlayiq hesab ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə