Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəvəti ilə Türkiyədə fəaliyyət göstərən İqdır Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy başda olmaqla nümayəndə heyəti Azərbaycanda səfərdədir. BDM-dən SİA-ya verilən məlumata görə,15 sentyabr Bakının daşnak-bolşevik birləşmələrindən azad edilməsi ilə bağlı tədbirlərdə, eləcə də BDM-in təşkilatçılığı ilə keçiriləcək olan Bərdənin Yeni Daşkənd kəndində şəhid Yasif Kərimovun adını daşıyan orta məktəbdə şəhidin xatirəsinə qoyulmuş büstün açılışında iştirak edəcək. Eyni zamanda onun keçdiyi həyat yolu və qəhrəmanlığından bəhs edən kitabın təqdimat mərasimində qatılacaq. O, həmçinin Bərdə və Tərtər rayonlarında müharibə veteranları ilə də görüşəcək.
Qeyd edək ki, ASİM-DER başqanı səfər çərçivəsində Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı da ziyarət edəcək, hökumət və qeyri-hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB