Polis gücləndirilmiş rejimə keçdi

Polis gücləndirilmiş rejimə keçdi

Yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı Şəhər baş Polis İdarəsinin qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarət gücləndiriləcək. Hər hansı xoşagəlməz hadisənin baş verməməsi və "Bilik Günü"nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və zəruri olan bütün təhlükəsizlik tədbirləri görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə