Mətbuat Şurası "Medianın ana dilindən istifadə xüsusiyyətləri" mövzusunda layihə həyata keçirməkdədir
Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Medianın ana dilindən istifadə xüsusiyyətləri" mövzusundakı layihənin birinci mərhələsi başa çatıb. Şuradan SİA-ya verilən məlumata görə, bu ilin iyun ayından başlanmış və altı ay davam edəcək layihədə məqsəd ölkənin media orqanlarının Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nə dərəcədə riayət etdiklərini müəyyənləşdirməkdir. Bununla bağlı meylləri izləməkdən, qarşıya çıxan problemləri qruplaşdırmaq, bu kimi məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarətdir. Layihə həmçinin mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyinin artırmağa, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatına xidmət edir.
Layihə çərçivəsində iyul ayından başlayaraq ölkənin 30 tanınmış qəzetində monitorinq aparılıb. Monitorinq Azərbaycan Mətbuat Şurasının "Kütləvi informasiya vasitələrində ədəbi dilin pozulması hallarınan müəyyənləşdirilməsinə dair Təlimat"ına uyğun olaraq həyata keçirilib. Burada əsasən alınma sözlərin, terminlərin, dialekt və şivə sözlərin, neologizmlərin işlədilməsinə, həmçinin yaradılmasına, qrammatik pozuntular kimi morfoloji və sintaktik pozuntulara, habelə üslub pozuntularına diqqət yetirilib.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin monitorinqin nəticələri qruplaşdırılacaq və onlar "Media və Azərbaycan ədəbi dilinin qorunması" mövzusundakı dəyirmi masada müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB