"600 səhifədən ibarət olan 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və fars dillərində yazdığım "Azərbaycanın neft və qaz potensialı" kitabımın işıq üzü görməsində əsas məqsədim Azərbaycanın zəngin neft və qaz ölkəsinin olmasını bütün dünyaya sübut etmək və zəlzələnin baş verməmişdən 5 saat qabaq harada və neçə bal güçündə olacağını müəyyənləşdirilməsinin izahını verməkdir". Bu sözləri bu gün SİA-ya açıqlamasında "Azərbaycanın neft və qaz potensialı" və "Haqq və Ədalət uğrunda" kitablarının təqdimatında, hər iki kitabların müəllifi Azərbaycan Milli Elmələr Akademiyasının (AMEA) və Beynəlxalq Şərq Neft Akademiyasını həqiqi üzvü Kərim Kərimov deyib.
Onun sözlərinə görə, elektromaqnit sahəsində zəlzələdən qabaq dəyişilik getməsini və zəlzələnin əvvəlcədən harada və neçə bal gücündə olacağını artıq əvvəlcədən deyə bilirik: "Elektromaqnit sahəsində zəlzələdən qabaq dəyişilik gedir. Bu dəyişilik adi gündəlik dəyişilikdən fərqlənir. Azərbaycan xalqı fəxr etməlidir ki, onun yollarından biri Azərbaycanda tapılıb. Avropanın təhlükəsizliyinin təmin olunmasında, "Azərbaycanın neft və qaz potensialı" kitabın böyük rolu olacaq. Eyni zamanda bu kitab ən azı 50 il Azərbaycanın tamamilə artan ehtiyacını ödəyəcək.
K.Kərimov həmçini bildirib ki, ikinci "Haqq və Ədalət uğrunda" adlı kitabım isə Ermənistanın Azərbaycana təcavüzünə həsr olunan seçilmiş əsərlərdən ibarətdir. Bu kitabın yazılmasında isə əsas məqsədim Dağlıq Qarabağ məsələsinin həllinin tezləşməsinə kömək etməkdir.
K.Kərimov: "Onu da bildirim 600-ə yaxın monoqrafiyam çap olunub, 30-a qədər patent almışam. 2-ci patent əsasında isə deyə bilərəm ki, aldığım ən vacib patentlərdən biri zəlzəlni qabaqcadan deməkdir", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB