Prezident İlham Əliyev idman qurğusunun açılışında iştirak edib
Bu gün Bakıda "8 KM" stadionunun açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib. Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.
Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB