Elman Abdullayev: "Diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması Azərbaycan Xarici İşlər Nazirliyinin əsas prioritetidir"
"Fransada səfirliyimiz qarşısında aksiya və piketlərin keçirilməsi zamanı diplomatik missiyanın təhlükəsizliyi gücləndiriləcək". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ermənilərin gələn həftə ölkəmizin Fransadakı səfirliyi qarşısında aksiyalar keçirməyə hazırlaşması xəbərini jurnalistlərə belə şərh edib.
"Aksiya keçirilərsə, Azərbaycan tərəfi yerli hüquq-mühafizə orqanlarına müraciət edərək mühafizənin təşkilinə yardım istəyəcək. Diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması Azərbaycan Xarici İşlər Nazirliyinin əsas prioritetidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB