Dünyanı bir-birinə qatan 4 nəfər

Dünyanı bir-birinə qatan 4 nəfər

Məhəmməd Peyğəmbərin təhqir olunması ilə müsəlman dünyasını bir-birinə qatan film dünyada qalmaqal yaradıb. SİA həmin filmin arxasında adı çəkilən 4 nəfəri təqdim edir:

Stev Klein (Steve Klein)

"Cəsur Xristian Birliyi", "Beynəlxalq Amerika Kıpti Məclisi" kimi ifrat sağçı və islam əleyhdarı olan təşkilatların üzvüdür. ABŞ-ın Kaliforniya ştatındakı Kaveyah qəsəbəsindəki Kıpti kilsəsi ilə yaxın əlaqələri var. Filmin çəkilməsi ilə bağlı danışarkən "bu işə nəticəsinin nə olacağını bilərək, başladıq" deyib.

Filmin reklamçısı: Terri Cones (Terry Jones)

Bu şəxs 2010-ci ildə "Quranı yandırma ayini təşkil edəcəyəm" deməsi ilə qalmaqal yaratmış amerikalı rahibdir. Cones "Müsəlmanların məsumiyyəti" filminə dəstək verdiyini, filmin reklamı ilə məşğul olduğunu acıq söyləyib. Amerika Ordusunun Baş Qərargah rəisinin filmin təbliği ilə məşğul olmağı dayandırması çağırışını da açıq bəyanatla rədd edib.

Ərəbçəyə çevirən: Morris Sadek (Morris Sadek)

Bütün xəbərlər Facebook səhifəmizdə