Heydər Əliyev Fondu tərəfindən əlillərə hədiyyə

Heydər Əliyev Fondu tərəfindən əlillərə hədiyyə

Gözdən əlillərə hədiyyə edilmiş "İnformasiya masası" mini-laboratoriyasının açılışı olub. SİA-nın xəbərinə görə, Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan mini-laboratoriyasının açılışı Azərbaycan Gözdən Əlillər Cəmiyyətində keçirilib. Tədbirdə mini-laboratoriyaya daxil olan xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi barədə məlumat verilib.

Laboratoriyadakı avadanlıq vasitəsilə kor və zəif görən insanlar 15-20 dəqiqə ərzində asanlıqla istənilən mətn və ya kitab haqqında məlumat ala biləcəklər. Eyni zamanda, bu avadanlığın köməyi ilə tamamilə görmə imkanları məhdud şəxslər istənilən şəkil və ya xəritənin qabartmalı təsvirini əldə edərək özlərində dəqiq təsəvvür yarada biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə