İşıq dirəyi təhlükə mənbəyinə çevrilib FAKT

İşıq dirəyi təhlükə mənbəyinə çevrilib FAKT

Bakının Nobel prospektində quraşdırılmış işıq dirəklərindən biri avtomobil qəzası nəticəsində ciddi təhlükə mənbəyinə çevrilib. Belə ki, bir neçə gün öncə sürətlə hərəkət edən avtomobilin işıq dirəyinə zərblə dəyməsi nəticəsində dirəyin təməli tamamilə dağılıb. İşıq dirəyinin özü isə ortadan əyilərək, aşmağa başlayıb. Prospektdə yaşayan sakinlərin sözlərinə görə, artıq bir neçə gündür ki, işıq dirəyi əyilməkdə davam edir və onun qarşısı alınmazsa, daha qorxulu fəsadlar yarada bilər. Çünki Nobel prospektində hər gün minlərlə avtomomil hərəkət edir və dirək hər an yolda şütüyən maşınların üzərinə düşə bilər. Sakinlərin sözlərinə görə, çoxsaylı şikayətlərə rəğmən, aidiyyatlı qurumlar hələ də təhlükə törədə biləcək qəzalı vəziyyəti ciddiyə almayıblar.

RÖVŞƏN NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə