"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik yalnız Böyük Vətən Müharibəsi əlillərinə şamil olunur. SİA-nın xəbərinə görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, hazırda Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50% əlavə ödəmə nəzərdə tutulubsa, hazırlanan dəyişiklik qəbul olunandan sonra baza hissəsinə bu əlavə 90% təşkil edəcək. Qarabağ müharibəsindən 22 ilin ötdüyünü deyən M.Quliyev qeyd edib ki, bu müddət ərzində pensiyaya çıxanlar arasında müharibə iştirakçıları olsa da, bu dəyişiklik yalnız Qarabağ müharibəsi veteranlarına şamil olunacaq.
Musa Quliyev vurğulayıb ki, sabah cəmiyyətdə buna münasibət normal olsun deyə bu məsələdə mütləq Qarabağ müharibəsi əliləri və iştirakçıları nəzərə alınmalıdır.
Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli də bunu çox ciddi məsələ hesab edib.
Deputat İlham Məmmədov isə bildirib ki, məsələ ilə bağlı komitə yaradılsın və həmin komitə deyilən məsələləri təsnifatlandırsın, beləliklə də məsələ öz həllini tapsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB