Sentyabrın 15-dən istifadəyə veriləcək

Sentyabrın 15-dən istifadəyə veriləcək

"28 May" stansiyasının yeni eskalatorları sentyabrın 15-də saat 12:00-da istifadəyə veriləcək

Bakı Metroplotenindən SİA-ya verilən məlumata görə, "28 May" stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında quraşdırılmış yeni eskalatorlar sentyabrın 15-i saat 12:00-da açılacaq və sərnişinlərin istifadəsinə veriləcək.

Məlumat üçün bildirək ki, burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Viktoriya" tipli 4 ədəd eskalatoru quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə