Azərbaycan Gənclərinin I Liderlik Forumunun son günündə "Liderlik: vərdiş, istedad yoxsa genetik xüsusiyyətlər?" mövzusunda ilk panel baş tutub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev "Dövlət quruculuğu və hüquqi dövlət" mövzusunda, "New Baku Post" qəzetinin baş redaktoru Kənan Quluzadə və "Azərbaycan" qəzetinin "Parlament və Siyasət" şöbəsinin redaktoru İxtiyar Hüseynli isə "Xəbər və PR-klassik və yeni media" mövzusunda məruzə ediblər.
Günün sonunda Azərbaycan Gənclərinin I Liderlik Forumunun rəsmi bağlanış mərasimi baş tutub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov, "Gənclərin Dostluq Şəbəkəsi" İctimai Birliyinin sədri İmaməddin Quliyev iştirak ediblər. Forumda çıxış edən İcra hakimiyyətinin başçısı Gəncənin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib və qeyd edib ki, Gəncə hər zaman gəncləri qarşılamağa hazırdır.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaqpərvərliyə görə icra başçısına təşəkkürünü bildirib və qeyd edib ki, Gəncədə bu tip layihələrin həyata keçirilməsi artıq ənənəvi hal alıb. Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev forum iştirakçılarını şəhadətnamələrlə təltif edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "2012-ci il Azərbaycan Gənclər Paytaxtı" olan Gəncə şəhəri Ramada Hoteldə Azərbaycan Gənclərinin I Liderlik Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "Gənclərin Dostluq Şəbəkəsi" İctimai Birliyi və "İRƏLİ" İctimai Birliyininin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB