Sədrlər geri döndü

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə 6 – 12 sentyabr 2012-ci il tarixlərində Nabranda reallaşdırdığı "TGT sədrləri üçün liderlik məktəbi" layihəsi yekunlaşdı. TGT sədrləri artıq Bakıya qayıdıblar. ATGTİ-dan SİA-ya verilən məlumata görə, sentyabrın 11-də İttifaqın sədri Şahin İsmayılovun iştirakı ilə layihənin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə layihənin yekunlarından danışan ATGTİ sədri, TGT-lər arasında əlaqələrin gücləndirilməsi və vahid fəaliyyət şəbəkəsinin yaradılması sahəsində bu layihənin böyük əhəmiyyəti olacağına inandığını vurğuladı. Ardından TGT sədrlərinin layihə ilə bağlı fikirləri dinlənildi.

Qeyd edək ki, bu layihənin nəticələri yeni tədris ilində TGT işinin təkmilləşdirilməsində geniş inkanlar yaradacaq.

Mərasimin sonunda liderlik məktəbinin iştirakçısı olmuş 90-na yaxın TGT sədrlərinə sertifikatlar təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə