Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyi təhlükə barədə xəbərdarlıq alıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, buna səbəb isə ötən gün Liviyanın Benqazi şəhərində ABŞ səfiri və 3 əməkdaşın ölməsi ilə nəticələnən hücum olub.
Səfirliyin rəsmi saytında yer alan xəbərdarlıqda amerikalılar üçün təhlükənin mövcud olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, bu ölkədə baş verə biləcək hər hansı antiamerika nümayişində zorakılıq baş verə bilər. Səfirlik vətəndaşlarına diqqətli olmağı məsləhət görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB