"Son illər dünyada diabetli xəstələrin sayı durmadan artmaqdadır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, bu gün 300 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir". SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Azərbaycan Diabet Cəmiyyəti ilə birgə "Diabetli şəxslərin hüquqlarının təmin edilməsinə dəstək" mövzusunda keçirdiyi dəyirmi masada səslənib. Bu tədbir Milli Məclisin deputatı, Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənovun, aidiyyatı dövlət orqanlarının, müvafiq səhiyyə müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin, həmçinin diabetli insanların iştirakı ilə keçirilib. Dəyirmi masanın əsas məqsədi ölkədə bu xəstəliyə tutulmuş şəxslərin hüquqlarının təmini vəziyyətini müzakirə etməklə cəmiyyətin diqqətini onların problemlərinin həllinə cəlb etməkdən ibarət olub.
Tədbiri açan Ombudsman Elmira Süleymanova bu xəstəliyin xeyli "cavanlaşaraq", uşaqlar arasında da geniş yayılmış xroniki xəstəliklərdən birinə çevrilməsinin böyük narahatlıq doğurduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, diabetin sürətli artımı eyni zamanda tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlərin də yaranmasına səbəb olur. Ombudsman bildirib ki, diabet xroniki, ağır xəstəlik olmaqla yanaşı, həm də ciddi fəsadlarla müşayiət olunan, ailələr və ölkələr üçün də böyük problemlər yaradan xəstəlikdir. Müvəkkil diabetli uşaqların yaşından və cinsindən asılı olaraq, fərqli xüsusiyyətlərə malik olduğunu, əziyyət çəkdikləri xəstəliklə bağlı psixoloji stresslər yaşadığını deyib. O, həmçinin diabetin tibbi və sosial problemlər yaratdığını, xəstə uşaqlarla bağlı məlumat banklarının yaradılmasının, standartlar üzrə təhlillər aparılmasının vacibliyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB