Atəşkəs yenidən pozulub

Ermənistan silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozublar. Ermənilər Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar,Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərində yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəsi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə