Sakit hava

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-20 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-23 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə