Mübahisə nədən yaranıb?

Milli Məclisin (MM) Regional məsələlər Komitəsinin iclasında deputat Prezident Administrasiyasının sektor müdiri ilə mübahisə edib. SİA-nın məlumatına görə, mübahisə bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələsi müzakirə olunarkən yaşanıb. Deputat Qalib Salahzadə bildirib ki, yerli icra hakimiyyəti orqanları bələdiyyə torpaqlarını qanunsuz olaraq icarəyə verir. Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov isə Q. Salahzadənin fikirləri ilə razılaşmayıb: "Belə şey ola bilməz".

Q. Salahzadə isə fikrində israr edib. R.Həşimov da öz fikrində qaldığını bildirib.

İclasa sədrlik edən MM Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin müdaxiləsi ilə mübahisəyə son qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə