Ötən gün yağan güclü leysan yağışları Yevlaxda da fəsadsız ötüşməyib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Əlican çayının daşması nəticəsində üç kəndə ziyan dəyib. Çayın məcrasından çıxması Meyvəli, Yenicə və Əcəmi kəndlərinə ziyan dəyməsi ilə nəticələnib. Əcəmi kəndində doqquz fərdi yaşayış evini su basıb. Anoloji hal Yenicə və Meyvəli kəndlərində də yaşanıb ki, burda da ümumilikdə 11 evi su basıb. Ev heyvanları arasında tələfat var.
Qeyd edək ki, sel basan kəndlərdə rayon FH komissiyası tərəfindən təxirəsalınmaz işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB