Yağan güclü yağışlar nəticəsində çaylarda suyun miqdarı xeyli artıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdaş rayonu ərazisində sel suları Türyançay üzərindəki körpünü qəzalı hala salıb. Bakı-Qəbələ-Şamaxı magistralının 250-ci kilometrliyində yerləşən körpünün üzərində artıq çatlar əmələ gəlib. Sel sularının təsirindən körpünü saxlayan sütunlardan biri çöküb.
Аğdаş və Türyançay rayonalrını birləşdirən bu körpü hələ 1963-cü ildə inşa edilib. Hazırda körpü üzərindən nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb ki, bu da Göyçay və digər rayonlarla əlaqəni əngəlləyir. Digər rayonlara getmək üçün alternativ yollardan istifadə olunur ki, bu yollar da rayonun digər kəndlərindən keçir. Beləcə əhali Türyançayın qarşı sahilinə keçmək üçün əlavə yol qət etməli olur. Qeyd edək ki, körpü qəzalı vəziyyətə düşməmişdən öncə yenidən inşa edilməkçün qeydiyyata alınıb.
Nazırda körpüdə təmir bərpa işlər aparılr.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB