Paytaxtda 75 yeni yol qovşağı tikiləcək

Paytaxtda 75 yeni yol qovşağı tikiləcək

Bakı şəhərində yeni yol qovşaqları və körpülərin tikintisinə 2006-cı ildən etibarən başlanıb. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov SİA-ya açıqlamasında deyib ki, bu proseslər ilkin olaraq 2030-cü ilə kimi davam edəcək və ondan sonra yeni yol tikintisinin hansı formada davam edəcəyini zaman göstərəcək. Onun sözlərinə görə, 2008-2013-cü illəri əhatə edən dövlət proqramına əsasən Bakı şəhərinin 75 yerində yeni tunel, yol qovşağı, yol ötürücüləri, yealtı və yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub.

"Hazırda Xutor dairəsində tikinti gedir, Dərnəgül yolunun genişləndirilməsi aparılır, Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospektində körpü inşa olunur. Bu işlər icra həyata kçeirilir. Lakin bəzən yeni yollar çəkiləndə də yeni körpü və tunellərə ehtiyac olur. Şəhərdə bu cür işlər davam edir və proses bizim üçün artıq adi iş rejimidir. Bundan sonra da bu işlər adi iş rejimi kimi davam etdiriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə