Quba Soyqırımı məzarlığı yaxınlığında Memorial Abidə Kompleksinin tikintisi aparılır. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan abidə kompleksi ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırımın bütün təfərrüfatları ilə əks etdirəcək. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, memorial kompleksin inşası üçün soyqırım məzarlığının yaxınlığında 3,5 ha torpaq sahəsi ayrılıb. İnşaat layihəsinə əsasən burada xatirə meydanı, simvolik məzarlıq, xatirə abidələri və inzibati bina yerləşib. Əsas xatirə abidəsi 18 metr hündürlüyündə iki ədəd sivri uclu xəncər şəklində əks olunub. Ərazini seyr edən tamaşaçı yerin altında yerləşən şərq, qərb və əsas qalereyalara daxil olarkən erməni vəhşiliklərini əks etdirən illüstrasiyalar və soyqırım qurbanlarının xatirə abidəsi ilə tanış olacaq. Abidələr yalnız qara və tünd qəhvəyi rəngli mərmər və qranit daşlardan hazırlanıb.
Qeyd edək ki, abidə kompleksinin tam inşasının bu ilin oktyabr ayinda başa çatdırılması nəzərdə tutulub.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB