Bakının erməni-bolşevik işğalından azad edilməsinin 92-ci ili

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 92-ci ili

Bu gün "SƏS" qəzetinin redaksiyasında "15 sentyabr - Bakının erməni-bolşevik işğalından azad edilməsinin 92-ci ili" adlı dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən "SƏS" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev bildirib ki, bugünkü tədbirin mövzusu Azərbaycan tarixində millətimiz üçün ən öyünüləsi faktlardan biridir. Belə ki, 1918-ci il sentyabr 15-də Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Bakını bolşevik-daşnak birləşmələrini işğalından azad edib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu hərbi əməliyyatlarda 1130 şəhid verib: "Qafqaz İslam Ordusu tərəfindən Bakının yadelli qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan-Tükiyə qardaşlığının ən mühüm və şərəfli səhifələrindən biridir".

Dəyirmi masada çıxış edən millət vəkili Musa Qasımlı isə bildirib ki, 1917-ci ilin noyabrında Stepan Şaumyan başda olmaqla bolşeviklər hakimiyyətə gəlib. Bolşeviklər və daşnaklar ideya baxımından fərqli idilər, amma fəaliyyət və məqsədləri eyni idi. Əsas məqsədləri isə Bakını ələ keçirmək olub, çünki bura strateji cəhətdən əlverişli bir yer idi. Eyni zamanda onların əsas məqsədlərindən biri Abşeron yarımadasını türksüz, müsəlmansız bir əraziyə çevirmək olub. O dövrün ingilis sənədlərində yazılıb ki, Bakı bütün Cənubi Qafqazın açarıdır: "Kim Bakıya hakim olacaqsa, o Azərbaycana hakim olacaq. Azərbaycana hakim olanlar, Cənubi Qafqaza nəzarəti əldə edəcək. Xəzər dənizinə kim nəzarəti əldə edəcəksə o Şimali və Cənubi Qafqaza nəzarəti əldə edəcək və Mərkəzi Asiyaya gedən yola sahib olacaq. Mərkəzi Asiyaya kim sahib olacaqsa o dünyanın ürəyi olan Avrasiyaya sahib olacaq. Ona görə də deyirdilər ki, dünyanın ürəyinə gedən yol Bakıdan keçir. Bunun üçün də Bakıya, Azərbaycana sahib olmaq istəyən qüvvələr çox idi. Hələ 1918-ci ilin yanvarında ingilislər istədilər ki, bir heyət göndərsinlər. Amma qış şaxtalari ucbatından buna nail ola bilmədilər. Bu dövrdə erməni silahlı qüvvələri kütləvi qırğınlar törətdilər. Onların törətdiyi qırğınların coğrafiyasına nəzər saldıqda görürük ki, ilk öncə Anadoluda, Cənubi Azərbaycanda oldu. Bu qırğınların zirvə nöqtəsi isə 1918-ci ilin martında Bakıda oldu. Burada bəhanə ondan ibarət oldu ki, Hacı Zeynalabdin Tağıyevin Lənkəranda dünyasını dəyişən oğlunun meyidinin Bakıya gətirilsin. Onu dəfn edərkən bolşevik orduları onları tərkisilah etmək istədi. Daha sonra azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Bu qırğınlar Azərbaycanın digər ərazilərinə - Qubaya, Kürdəmirə və Şamaxıya yayıldı".

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə 1917-ci ildə, Azərbaycanla və azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, bolşeviklərin hakimiyyəti zamanı etnik çoxluğu Azərbaycanlılar əldə etsə də əsas mərkəz olan Bakıda erməni daşnak-bolşevik qüvvələr hakimiyyəti ələ götürdü. Bolşeviklərin rəhbərləri Stepan Şaumyan bu bölgə üçün yad bir adam idi. 1917-ci ilin dekabrında Rusiya Sovet Federativ Respublikasının Xalq Komissarlar Sovetinin sədri Vladimir Leninin sərəncamı ilə Stepan Şaumyan Zaqafqaziya üzrə fövqəladə və səlahiyyətli komissar təyin edildi və ona Rusiya höküməti tərəfindən böyük məbləğdə vəsait ayrıldı. Həmin vəsaitdən başqa eyni zamanda Rusiya tərəfdən Stepan Şaumyanın ixtiyarına kifayət qədər hərbi sursatda verilirdi. Göründüyü kimi dövlət yeni yaransa da hakimiyyəti ələ keçirən qrup kənar qüvvə ilk növbədə Rusiya tərəfindən kifayət qədər maliyyələşir və texniki resurslarla təmin edilirdi. Eyni zamanda çar Rusiyasının artıq dağılmaqda olan ordusunun və ermənilərin çoxdan yaratdığı "özünümüdafiə" dəstələri qısa zamanda Bakı və ətraf mühiti ələ keçirə bildilər. Belə şəraitdə milli qüvvələr nə ordu, nə də Rusiya tərəfindən dəstəklənən Stepan Şaumyanın hərbi birləşmələrinə qarşı alternativ bir qurum yarada bildilər. Anti-Azərbaycan hakimiyyət və belə bir dövlət yaratmaq istəyi təkcə ermənilərin ideologiyası deyildi, bu kənardanda dəstəklənirdi.

Dəyirmi masda çıxış edən Azərbaycan Pedoqoji Universitetinin tarix fakultəsinin professoru Mais Əmrahov məsələnin mahiyyətində Azərbaycanda hakimiyyətinə yiyələnmək və xüsusi ilə erməni daşnak qrupunun bolşeviklərlə birləşib Şaumyanın hakimiyyətə təyin edilməsi sözsüz ki, mərkəzdən idarə oluğunu bildirib.

M.Əmrahov həmçinin vurğulayıb ki, Şaumyanın gələcəkdə Bakıda nə iş görəcəkləri müəyyənləşdirilmişdi. Onun əsas işi isə bizim bildiyimiz kimi gələcəkdə Şərqi Anadoluda 6 vilayətin işğalı ilə əlaqədar olaraq Türkiyə-Ermənistanı deyilən bir Ermənistan yaratmaqdan ibarət idi. Bakıda formalaşdırılan daşnak-erməni qrupların ruslarla birləşməsi dövrün siyası hadisələri ilə əlaqədar idi. Hərbi nazir Karqanyan erməni, bütün mətbuat vasitələri, kütləvi informasiya vasitələrinin rəhbərləri ermənilərdən təşkil olunnmuşdu. Ümumiyyətlə, komissar adlandırdıqlarımızın içərisində cəmi 4 azərbaycanlıdan var idi. Bunların 3-ü mühüm vəzifə tuturdu. Nərimanov xalq komissarı idi, Əzizbəyov torpaq komissarı, Vəzirov isə demək olar ki, o qədər əhəmiyyət daşımırdı. Əslində şəhər təsərrüfatı ilə məşğul olan komissarlar idi. Birinci dünya müharibəsinin sona çatması, Tbilisidən Bakıya gələn dəmir yolunun bağlanması, İrandan gələn qoşunların Bakıda cəmləşməsinin təşəbbüskarıda məhz Şaumyan idi.

Tədbirin digər iştirakçıları ilə müzakirələr davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə