Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Azərbaycan üçün ayrılmış kvota artıq dolub və zəvvarlar təxminən 1 aydan sonra müqəddəs torpaqlara yollanacaqlar. Bu il azərbaycanlı zəvvarlar Həcc ziyarətinə oktyabrın 14-dən başlayaraq yola düşəcəklər. Hər gün 2 reys olmaq şərtilə oktyabrın 20-nə qədər zəvvarların Səudiyyə Ərəbistana aparılacaq. Artıq zəvvarların viza məsələləri həll olunur. Ötən il olduğu kimi bu il də 2600 zəvvara müqəddəs Məkkəni ziyarət etmək nəsib olacaq. Ziyarətə sərf olunan xərclər isə 2 kateqoriyaya bölünür və minimum 3090 manatdan başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev açıqlamasında bildirmişdir ki, birinci kateqoriya 3850 manatdır. Bunlar 4 nəfər olmaqla müəyyən xidmət üstünlüklərinə malikdir. O biri kateqoriya isə 3090 manatdır, 5-6 nəfər bir yerdə qalmaq şərtilə.
Hər iki kateqoriyanın məbləğlərinə isə yemək və digər marşrut xidmətləri də daxildir. Amma ziyarətə ötən ildən etibarən yalnız təyyarə ilə gedildiyindən daha bir qayda əlavə olunub.
QMİ-nin sədr müavini Salman Musayev onu da qeyd etmişdir ki, təyyarə şirkəti ilə bağladıqları xidmətə görə ən çox 30 kiloqramdan çox yük götürmək olmaz. Zəvvarların müqəddəs Həcc ziyarəti isə 20 gün davam edəcək. Hacı adını qazanan zəvvarlarımızın vətənə dönüşünə isə noyabrın 2-dən başlanacaq. Bu il ziyarətə gedə bilməyənlər isə növbəti il hacı adını qazanmaq imkanları var. Belə ki, bu şəxslər növbəti il Həccə gedənlərin siyahısında birincilərdən olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB