Elektron imza sertifikatları necə verilir?

Elektron imza sertifikatları necə verilir?

"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aparılan tədqiqatlara köməklik ondan ibarətdir ki, seysmik stansiyalar tele-kommunikasiya sistemləri ilə təchiz edilir". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, ölkənin mütxəlif yerlərində mövcud olan bu stansiyalardan siqnallar bir mərkəzə ötürülərək eyni vaxtda emal edilməsinə şərait yaradılacaq. E.Vəlizadənin sözlərinə görə, bu da tədqiqatların müqayisəli təhlilinin aparılmasına, keyfiyyət baxımından emalda yeni nəticələrin əldə olunmasına səbəb olacaq.

Nazir müavini vətəndaşlar üçün nəzərdə tutulan kartlara da münasibət bildirib. Onun sözlərinə görə, vətəndaşlar üçün nəzərdə tutulan kartlarla bağlı işlərin görülməsi müvafiq qurumlara tapşırılıb: "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bu kartların tərkibində elektron imza sertifikatlarının yazılması tapşırılıb. Bütün vətəndaşlar nazirliyə müraciət edərək sertifikat xidməti mərkəzində elektron imza sertifikatlarını həyata keçirə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə