"İRƏLİ" təmsilçilərinin Polşa səfəri yekunlaşıb
3–7 sentyabr tarixlərində Polşa Milli Agentliyinin, Təhsil Sisteminin İnkişaf Fondunun və "Gənclər Fəaliyyətdə" beynəlxalq proqramının birgə təşkilatçılığı ilə Polşanın Novı-Sonç şəhərində "Gənc Liderlərin 7-ci İqtisadi Forumu" yekunlaşıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanı forumda "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova və "İRƏLİ" İdman mərkəzinin rəhbəri Niyaz Əliyev təmsil ediblər. 4 gün davam edən forumda Avropadan, Qafqazdan və qonşu ölkələrdən olan gənclər müxtəlif mövzularda keçirilən panellərdə, seminarlarda iştirak edərək fikir mübadiləsi aparıblar. Eyni zamanda "İRƏLİ" nümayəndələri Krinitsa şəhərində keçirilən dünya iqtisadi forumuna da qatılıblar. Forumda Polşa Respublikasının prezidenti Bronislav Komarovski forum iştirakçıları ilə görüşüb və görüş qarşılıqlı müzakirələr şəklində davam edib.
Forumda Macarıstan Respublikasının baş nazirinin müavini, Administrasiya və Ədalət naziri Tibor Navraksis, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə, Portuqaliya, Bolqariya, Makedoniya, Moldova, Ukraynanın millət vəkilləri və dövlət rəsmiləri, Avropa parlamentinin nümayəndələri və bir çox qurumları təmsil edən ekspertlər iştirak ediblər.
Xatırladaq ki, Nərmin Məmmədova və Niyaz Əliyev Gənc Liderlərin İqtisadi Forumunda qonaq qismində iştirak edən Macarıstanın Baş Nazirinin müavini, Administrasiya və Ədalət Naziri Tibor Navracsics ilə görüşüblər. Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsinə toxunan təmsilçilərimiz cənab nazirə və onun simasında bütün Macarıstan dövlətinə Azərbaycan gəncləri adından təşəkkür ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB