"İnformasiya Texnologiyaları İnkişafı Fondunun əsasnaməsinin işlənilməsi üzərində işlər gedir". SİA-nın verdiyi xəbərə görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, İnformasiya Texnologiyaları İnkişafı Fondu artıq yaradılıb. Fondun əsasnaməsi təsdiq edildikdən sonra tam fəaliyyətə başlayacaq.
Nazir müavini Fondun nə vaxt işə düşəcəyini dəqiq bildirməsə də, o güman edir ki, bu tezlikə baş verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB