Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradasiya edilməsindən sonra Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi Ermənistanın növbəti həyasızlığı ilə müşaiyət olundu. Hətta Ermənistan prezidenti Təhlükəsizlik Şurasının təcili toplantısını keçirərək güc strukturlarına lazımi göstərişlərini verdi. Eyni zamanda Sarkisyanın təhlükəsizlik nazirinə "yanıma gəl, sənə xüsusi tapşırığım olacaq" deməsi heç kimin diqqətindən yayınmadı. Bunun ardınca erməni gizli ordusu – ASALA-nın Macarıstandakı Azərbaycan səfirliyinə hədə dolu məktub ünvanlaması, əməkdaşları ölümlə hədələməsi ciddi rezonansa səbəb oldu. Dünyanın aparıcı ölkələri buna reaksiya verdi.
Bu gün isə həm Ermənistan rəhbərliyi, həm də ASALA sanki bir yerdən təlimat alıblarmış kimi başlayıblar sözlərindən yayınmağa, şərhlər verməyə. ASALA Azərbaycan səfirliyinə məktub göndərmədiyini 10 gün sonra təkzib etməyə başlayıb. Guya bunun Azərbaycan tərəfinin yaydığı dezinformasiya olduğunu israr edir. Soruşmaq lazımdır, 10 gün idi harada idiniz, bəlkə mətbuatı oxumursunuz, televiziyaların xəbərlər proqramını izləmirsiniz.
Əlbəttə bütün bunlar cəfəngiyyatdır. Ermənistan rəhbərliyi beynəlxalq aləmin terrora qarşı münasibətindən çəkindi, yoxsa özlərinin milli peşələrini, terror əməllərini ertələməzdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB