Aktual məsələlərin müzakirəsi başlandı

Aktual məsələlərin müzakirəsi başlandı

Bakıda 12-14 sentyabr tarixlərində "Kibernetika və informatika problemləri" mövzusunda IV Beynəlxalq Konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, eləcə də ölkməmizin müvafiq elm və təhsil müəssisələrinin təşkilatçı olduqları konfransda ABŞ, Almaniya, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı nəzərdə tutulur.

Bu elmi toplantıda informasiya-kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, idarəetmə və optimallaşdırma, modelləşədirmə, əbədi üsullar və hesablama texnologiyaları identifikasiya, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi kimi cəmiyyətimzin və dövlətimizin inkişafı üçün aktuallıq kəsb edən mövzularda məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə