1-22 sentyabr 2012-ci il tarixində Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində İngiltərə, Almanya, Moldova, Rumıniya, Türkiyə, İspaniya və olmaqla Azərbaycan "Avropalıyıqmı?!-Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbirə ev sahibliyi etmək üçün layihəyə qatılan AGAT Rumıniyanın Buxarest şəhərində tədbirin ikinci hissəsini başa vurub.
AGAT-dan SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində Rumıniyada milli azlıqların cəmiyyətə inteqrasiyası və diksriminasiyası ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda Rumıniyada gənclər siyasəti və aktiv vətəndaşlıq barədə danışılıb. Belə ki, Azərbaycanda uğurlu gənclər siyasəti və ölkəmizin Avropa institutlarında təmsilçiliyi barədə məlumat verilib.
AGAT sədri Gülsel Səfərova Azərbaycanın Rumıniyadakı səfirliyində konsul Tehran Şükürov və birinci katib Orxan Əjdədovla görüşüb. Görüş çərçivəsində azərbaycanlı gənclərin Rumıniyada sosial-siyasi aktivliyi müzakirə olunub və lobbiçilik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Nəticədə Azərbaycan və Rumıniya təşkilatları arasında layihələrin və mübadilə proqramlarının keçirilməsi qərara alınıb.
Qeyd edək ki, beynəlxalq layihə Azərbaycan Gənclər Fondu və Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB