Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə CİNeration abunəçiləri üçün nəzərdə tutulmuş yeni kampaniyasını elan edir.
CINeration-a "Xoş Gəlmisən" adlanan kampaniya çərçivəsində 11 sentyabr 2012-ci il tarixindən cari ilin sonuna kimi Bakcell nömrəsi əldə edib CINeration tarifinə qoşulan hər bir yeni abunəçi xüsusi bonuslar əldə edəcək.
Hər ay pulsuz 100 dəqiqə və 1000 SMS-dən ibarət olan bonus paketi yalnız yeni CINeration istifadəçilərinə şamil olunacaq.
Bonusu almaq üçün sadəcə minimal dəyəri 2 AZN olan danışıq kartını yükləyin və təqvim ayının sonuna qədər bu fürsətdən yararlanın.
Kampaniya boyunca SevimliCIN, QoshaCIN və DogmaCIN tariflərindən istəniləni aktivləşdirən və aktivasiya günü CINeration-a keçən istifadəçilər də bonuslardan eyni qaydada yararlana biləcəklər. Bu qayda yalnız qeyd olunan tarif istifadəçilərini əhatə edir və digər CIN paketlərinin abunəçilərinə şamil olunmur.
^^^
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB