"Əl-Qaidə" üzvləri öldürülüb

"Əl-Qaidə" üzvləri öldürülüb

Yəməndə "Əl-Qaidə" terror təşkilatının yerli qruplaşmalarından birinin lideri Səid əl-Şihri və onunla yanaşı 5 terrorçu öldürülüb. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı əsilli Səid əl-Şihri Amerikaya məxsus pilotsuz təyyarələrdən atılan raketlər nəticəsində məhv edilib.

Yəmənin Müdafiə nazirliyinin mətubat xidməti verdiyi açıqlamada bu faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə