Sabah hava necə olacaq?

Sentyabrın 12-də Azərbaycanda ərazisində hava şəraitinin sabitləşəcəyi, yağışın gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Bu barədə SİA-ya açıqlamasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova məlumat verib.

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 23-26 dərəcə isti təşkil edəcək.

Sentyabrın 13-14-də paytaxtda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə saatlarında 17-20 dərəcə, günorta saatlarında isə 25-29 dərəcə isti təşkil edəcək. Bölgələrimizdə hava şəraiti əsasən yağmursuz keçəcək, mərkəzi aran rayonlarında günorta saatlarında havanın temperaturu 25-30 dərəcə isti, dağlarda isə günorta saatlarında 13-18 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə