Politoloq: "İran Ermənistanın yanındadır"

Politoloq: "İran Ermənistanın yanındadır"

Bu gün Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində "Beynəlxalq jurnalistlər klubu" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsasa məqsəd beyəlxalq münasibətlər çərçivəsində respublikamıza qarşı olan digər xarici ölkələrin və eyni zamanda Türkiyənin və İranın mövqeyini araşdırmaq olub.

Tədbidrə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmaz və əbədi olduğunu vurğulayıb. Bildirib ki, Ərdoğanın Azərbaycana səfərinin əsas hissəsinin Qəbələdə keçirilməsinin səbəbi bu rayonun son dövrlərdə turizim zonası kimi inkişaf etməsidir: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə strateji müttəfiqlikdə, məzhəb məsələsi indi və gələcəkdə ön planda olmamalıdır bu ancaq İranla yarana bilər. İranın indiki rejimdə dövlət və təhlükəsizlik maraqları onu göstərir ki, İran şiə- Azərbaycanın deyil, xristian-Ermənistanın yanındadır. Lazım olan məqamda İran şiə məsələsini ön planda tutaraq, Suriyada Əsəd hakimiyyətini dəstəkləyib. İran-İraq müharibəsində Suriya İranı dəstəkləyən yeganə Ərəb dövləti oldu. Azərbaycanın bu məsələdə strateji maraqlarının olmaması isə çox ümdə haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə