Dolu və leysan bir neçə rayona ziyan vurub

Dolu və leysan bir neçə rayona ziyan vurub

Dünən axşamdan başlayaraq yağan güclü dolu və leysan Azərbaycanın Şamaxı, Ağsu, Qəbələ, İsmayıllı, Göyçay rayonlarına ciddi ziyan vurub. Yerli sakinlərin verdiyi xəbərə görə, Şamaxı şəhərinin 10-a yaxın küçəsini sel basıb. Həyətyanı sahələr, evlərin zirzəmiləri su və lillə dolub. Selin gətirdiyi böyük daşlar 3 küçədə avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Ağsu çayına güclü sel gəldiyi üçün Şamaxının Qaleybuğurd, Sis, Qaladərəsi və Keşmədil kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Güclü külək və dolu elektrik naqillərini qırıb, dirəkləri aşırıb. Rayonun dağ kəndlərinə və şəhərin bəzi hissələrinə elektrink enerjisinin verlişi dayandırılıb. Ağsu rayonunun Kalva, Dilman, Xatman, Hacıman, Suraxanı, Qəbələnin Kiçik Əmili, Hacallı, Molla şıxılı, Zağam, Bum, Duruca kəndlərinə də elektrik enerjisinin verilişi dayandırılıb, yolları su yuyub.

İsmayıllı və Göyçay rayonlarının bəzi kəndlərində isə sel küçələri və həyətyanı sahələri basıb. Həyətyanı təsərrüfatlara ciddi ziyan dəyib. Göyçay şəhərinin əksər küçələrində keçilməz su gölməçələri yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə