“Türkiyə Azərbaycana dəstəyini heç vaxt əsirgəməyib”

“Türkiyə Azərbaycana dəstəyini heç vaxt əsirgəməyib”

"Türkiyə ilə Azərbaycan iki qardaş ölkədir". SİA-nın Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, bunu Azərbaycana səfər etməzdən əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışıb. Baş nazir Türkiyənin Azərbaycana dəstəyini heç vaxt əsirgəmədiyini bildirib. R.T.Ərdoğan Türkiyənin Azərbaycanla əlaqələrinin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətində xarici işlər naziri Əhməd Davudoğlu, iqtisadiyyat naziri Zəfər Çağlayan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri İsmət Yılmaz və başqa rəsmi şəxslər təmsil olunur. Qonaqlar Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından və digər görüşlərdən sonra Azərbaycan prezidenti ilə birlikdə Şəki və Zaqatala şəhərlərinin tarixi yerlərini gəzəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə