Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə aztəminatlı ailələrdən olan birincilərə məktəbli çantası və ləvazimatları paylanılıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov 2012-2013-cü dərs ilində aztəminatlı ailələrə yardım göstərməyin borc və qarşılarına qoyulan məqsəd olduğunu bildirib. Daha sonra isə, ardıcıl olaraq bu il birinci sinifə qədəm qoyacaq şagirdlərə məktəbli çantası hədiyyə olunub.
Qeyd edək ki, sayca altıncı olan bu aksiyaya Bakının 11 inzibati rayonundan 200-dən çox məktəbli cəlb olunub.
Onu da əlavə edək ki, məktəblilər və valideynlər onlara göstərilən dəstəyə görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə və rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra isə, şagirdlərin şeirləri dinlənilib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB