YAP şagirdlərə təqaüd verir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı birinci sinifə gedən kimsəsiz, imkansız, məcburu qaçqın və köçkün ailələrinin uşaqları üçün məktəb ləvazimatı və məktəb çantaları paylayıb. SİA-nın məlumatına görə, tədbirdə partiyanın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, İdarə Heyətinin üzvləri Rasim Nəbiyev, Əli Əliyev, Əkbər Axundov və Qadınlar Şurasının sədri Tamilla Şahbazova, imkansız, məcburi qaçqın və köçkün ailələri iştirak edib.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov tədbirin keçirilmə məqsədindən danışıb: "Bugünkü tədbir ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il keçirilir. Məqsədimiz kimsəsiz, imkansız, məcburu qaçqın və köçkün ailələrinə maddi və mənəvi yardım göstərməkdir. Ümid edirik ki, bu il birincə sinifə gedən körpələr də gələcəkdə Azərbaycan Respublikasına layiqli vətəndaş, vətəninə xeyirli övlad olacaqlar".

Qeyd olunub ki, YAP Yasamal rayon təşkilatı kimsəsiz, imkansız, məcburi qaçqın və köçkün ailələrin övladlarına hər ay 40 manat həcmində tələbə təqaüdü verir.

Daha sonra birinci sinifə gedən 190-a yaxın şagirdə məktəb çantası və məktəb ləvazimatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə